Vasif Talıbov gənclərə təqaüd ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov gənclərə təqaüd ayırdı

Rəsmi

24 İyun 2019 21:42 1601


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 24-də Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Dördpendirli pizza

Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Hüseynli Rafiq Anar oğlu - Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, idman sahəsi üzrə

Bağırov Siyavuş Mehdi oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə

Əliyeva Duyqu Cabir qızı - Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi, incəsənət sahəsi üzrə".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!