Vatsapda daha bir YENİLİK 

saytların hazırlanması

Evə çatdırılma

Vatsapda daha bir YENİLİK 

Rəqəmsal

27 İyun 2024 14:03 6550


Vatsap messenceri istifadəçilərə yeni funksiyanı təqdim etməyə hazırlaşır. 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “WABetaInfo” dərc edib. 

Məlumata görə, bununla da status yeniləmələrini daha asan paylaşmaq mümkün olacaq. Belə ki, yeni interfeys istifadəçilərə “mətn”, “video” və “fotoşəkil” bölməsi təqdim edəcək. Bu da müxtəlif media formatları arasında sürətlə keçid etməyə imkanı yaradacaq.  pizza sifarişi

Məsələn, istifadəçi əvvəlcə mətn statusu paylaşmağı planlaşdırsa da, sonradan fikri dəyişə bilər. Mesajlarını fotoşəkillər vasitəsilə çatdırmaq qərarına gəldikdə, yeni funksiya vasitəsilə status yeniləmələri bölməsindən çıxmadan seçim edərək paylaşım edə biləcək. 

Qeyd olunur ki, vatsap indi bu funksiyanı bəzi testerlər vasitəsilə sınaqdan keçirir, yaxın zamanlarda istifadəçilər üçün əlçatan olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!