Vatsapda daha bir - Yenilik

saytların hazırlanması

Evə çatdırılma

Vatsapda daha bir - Yenilik

Rəqəmsal

08 Oktyabr 2024 08:17 3501


"WhatsApp" messencerinə yeni funksiya əlavə olunacaq.

“Yeni Sabah” qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Qeyd olunur ki, istifadəçilər şəxsi və qrup söhbətləri üçün mövzu seçmək imkanı əldə edəcəklər. Bu halda, dizayn həm bütün söhbətlər üçün, həm də hər biri üçün ayrıca təyin edilə bilər. pizza

Yenilik sayəsində istifadəçilərin şəxsi və iş çatları arasında keçidi asanlaşacaq.

Messencerdə söhbətin dizaynı üçün seçim etmək üçün 22 mövzu və 22 rəng olacaq.

Yeni funksiya tətbiqin beta versiyasında iOS əməliyyat sisteminə əsaslanan cihazların istifadəçiləri üçün əlçatan olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!