“Vaxt gəlib çatıb...” – Əliyevdən son açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Vaxt gəlib çatıb...” – Əliyevdən son açıqlama

Siyasət

24 Oktyabr 2022 15:59 2519


“Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib.

Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Dominos pizza

“Baş nazir İrakli Qaribaşvili ilə danışıqlarımızın mərkəzində bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi idi”, - deyə İlham Əliyev qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişi ilə bağlı Gürcüstanın Baş nazirini məlumatlandırdığını qeyd edən dövlət başçısı deyib:

“Biz hesab edirik ki, Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb. Hər halda bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!