Vəfat edən icra başçısı kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edən icra başçısı kimdir?

Siyasət

25 Fevral 2019 15:05 1907


Xəbər verdiyimiz kimi Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib. O, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.

“Yeni Sabah”ın məlumatına görə, Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestində iş icraçısı olaraq başlayan R.İbrahimov  ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb. Sezar pizza

2011-ci ildən 2018-ci ilədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.

O, Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilib.

Ölkə başçısının 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, Yeni Azərbaycan Partiyasının üzvü idi. Ailəlidir, 2 övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!