Aprelin 11-də vəfat edən Vətən müharibəsi veteranı Ülvi Xasayzadə tələbə imiş.
“Yeni Sabah” xəbər verir ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kursunda təhsil alırmış.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasayzadə Ülvi Əlisəfa oğlu əslən Qubadlının Dəmirçilər kəndindəndir. pizza
O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıq, igidlik və şücaət göstərib.
Prezident İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Ü Xasayzadə evin tək övladı və subay idi.
Aytac Əliyeva
Telegram kanalımız