Vəhabilər Qaradağda qanunsuz məscid tikiblər -   Məsuliyyət kimin üzərindədir?

saytların hazırlanması

Evə çatdırılma

Vəhabilər Qaradağda qanunsuz məscid tikiblər - Məsuliyyət kimin üzərindədir?

Din

12 Yanvar 2026 16:14 17931


Bakının Qaradağ rayonunda qanunsuz məscid inşaası faktı aşkarlanıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə Ələt qəsəbəsində baş verib.

Sələfi dini təriqətinə mənsub bir qrup şəxsin adıçəkilən yaşayış məntəqəsində məscid tikintisi apardıqları məlum olub.   pizza mizza

Bundan sonra müvafiq qurumlar araşdırmalara başlayıblar. Məscidin qanunsuz tikildiyi, bunun üçün heç bir razılıq alınmadığı üzə çıxıb.

Məscidin tikintisi dayandırılıb, fakt aktlaşdırılıb və müvafiq qurumlara göndərilib.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlamışıq.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu il mart ayının 4-dən bu vəzifədə çalışır.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • somaterapin
    vehabiler???
    4 months ago