Vəkil Adəm Məmmədov məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs qismində tanınıb.
Yenisabah.az xəbər verir ki, iyulun 18-də Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanov bu barədə qərar çıxarıb.
Adəm Məmmədov həmkarı Ceyhun Yusifovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təqsirləndirilən şəxs olub. pizza mizza
Ceyhun Yusifov həmkarının ona böhtan atdığını bildirir və Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Telegram kanalımız