Vəkil azyaşlı uşağın anasını hədələyib – Aysel Əlizadə qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

Vəkil azyaşlı uşağın anasını hədələyib – Aysel Əlizadə qalmaqalı

Şou

17 Mart 2019 00:04 2609


13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova və iş adamı olan keçmiş əri Elçin Nəcəfov ətrafında qalmaqal davam edir. 

"Səni axtarıram" verilişində Turanə Elçinin vəkilinin onu təhdid etdiyini bildirib.  "Məktəbə gedəndə Xəyal Bəşirov da orada idi. Məni çəkdi kənara dedi ki, bir də məktəbə gəlib uşağı görsən analıqdan məhrum edəcəyik. Uşağın 10 yaşı var, onun fikri öyrəniləcək. Elə edəcəyik ki, sizdən aliment tələb olunacaq. Siz də işləmirsiz, ödəyə bilməyəcəksiz. Eləcə həbs olunacaqsan. Sonra isə sizi analıqdan məhrum edəcəyik. 

Ata həmin görüşdə var idi. Balaca qızımı yanına çəkib dedi ki, 10 yaşın tamam olanda səni də alacağıq anandan. Məni hədələdilər ki, gedib şikayət etsən, uşağı tələb etsən, mən də sənə iddia qaldıracam, aliment istəyəcəm".  Sezar pizza

Proqramda Turanənin qızlarının məktəbdə görüşdüyü video təqdim olunub.

Qeyd edək ki, Turanə Aysel Əlizadənin onun əri ilə eşq yaşadığını bildirib. O deyib ki, Ayselə əri "Porsche" markalı avtomobil də hədiyyə edib. Elçin Nəcəfovun avtoqalerisi var və tikinti işləri ilə məşğul olur.

Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!