Vəkil Zabil Qəhrəmanov həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Vəkil Zabil Qəhrəmanov həbs edildi

Kriminal

25 Oktyabr 2025 23:37 1456


Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Yenisabah.az xəbər verir ki, təqdimata Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb.

Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Marqarita pizza

Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.

Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!