Vəkilin döyülməsi ilə bağlı araşdırmalara başlanıldı - BŞBPİ-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Vəkilin döyülməsi ilə bağlı araşdırmalara başlanıldı - BŞBPİ-dən açıqlama

Hadisə

24 Oktyabr 2019 16:33 1126


Bakıda hüquq müdafiəçisinin döyülməsi faktı ilə bağlı araşdırmalara başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, vətəndaş Ağamusa İsmayılovun fiziki təzyiqə məruz qalması ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. A.İsmayılov tərəfindən daxil olan müraciət üzrə tərəflər arasında şəxsi münasibətlər zəminində yaranan mübahisənin tam və hərtərəfli araşdırılması üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. Dördpendirli pizza

Qeyd edək ki, A.ismayılov hüquqşünasdır və o əvvəllər vəkil kimi fəaliyyət göstərib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!