Vəkillə bağlı şikayət əsasında cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Vəkillə bağlı şikayət əsasında cinayət işi başlandı

Kriminal

11 Mart 2026 18:40 638


Vəkil Cavidan Osmanlı ilə bağlı edilən şikayət əsasında fakt üzrə cinayət işi başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, zərərçəkən Aygün Məhərrəmova dələduzluğa məruz qalması iddiası ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. İddiaya görə, o, ötən ilin iyul ayında Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Ceyhun Yusifovun ofisinə gedərək onunla görüşüb. C.Yusifov onu evlə bağlı apellyasiya məhkəməsində gedən işində hüquqlarını müdafiə etməsi üçün vəkil Cavidan Osmanlı ilə tanış edib. İddia olunub ki, C.Osmanlı A.Məhərrəmovaya məxsus mənzilin Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə qaytarılacağı vədini verərək ondan 21 min 200 manat pul alıb və ona məhkəmənin adından saxta icra vərəqəsi təqdim edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddəsi ilə cinyət işi başlanılıb. Zərərçəkənin vəkili İmran Ələkbərov məlumatı APA-ya təsdiq edib. Dominos pizza

Qeyd edək ki, 2024-cü ilin sentyabrında vəkil Cavidan Osmanlıdan edilən şikayət üzrə Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İttihama görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!