Vəkilliyə qəbulla bağlı yeni qaydalar müəyyən edildi

saytların hazırlanması

Evə çatdırılma

Vəkilliyə qəbulla bağlı yeni qaydalar müəyyən edildi

Sosial

12 Fevral 2019 19:43 760


Azərbaycanda vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edilib.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

Layihədə qeyd olunub ki, vəkil olmaq istəyənlər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidirlər. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. İxtisas imtahanının ildə bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur. Digər dəyişiklik isə qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində edilir. Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul olunub. pizza mizza

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!