Vens: “Epşteyn-Tramp yaxınlığı iddiaları saxtadır”

saytların hazırlanması

Evə çatdırılma

Vens: “Epşteyn-Tramp yaxınlığı iddiaları saxtadır”

Dünya

15 Aprel 2026 09:58 253


ABŞ vitse-prezidenti Cey Di Vens demokratların Donald Trampın Cefri Epşteynin ən yaxın dostu olması ilə bağlı irəli sürdüyü iddiaları “saxta” adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, Vens mühafizəkar gənclər qarşısında etdiyi çıxışı zamanı qeyd edib:

"Keçmiş maliyyəçinin pis insan olması və nüfuzlu şəxslərlə əlaqələrinin mövcudluğu mübahisə doğurmur". Sezar pizza

Vitse-prezident əlavə edib ki, mövcud elektron məktublara baxıldıqda, Epşteynin Trampa mənfi münasibət bəslədiyi aydın görünür:

“E-poçtları araşdırsanız, aydın olur ki, Epşteyn Donald Trampa nifrət edirdi”.

Vensin fikrincə, Epşteynin Trampa qarşı belə münasibətdə olması, əksinə, ABŞ prezidentinin xeyrinə qiymətləndirilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!