Vəndamda Polad Həşimovun xatirəsi əbədiləşdirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vəndamda Polad Həşimovun xatirəsi əbədiləşdirildi - Foto

Maraqlı

29 İyul 2020 13:07 1275


Cəbhənin Tovuz rayonu istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan (iyulun 14-də) general-mayor Polad Həşimovun valideynlərinin dogma kəndində posteri asılıb... 

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a Qəbələ rayonunun Vəndam kəndinin sakinləri məlumat veriblər. Qeyd edək ki, Polad Həşimov əslən bu kənddəndir.

Sakinlər bildiriblər ki, kənddə asılmış nəhəng poster onlara fəxarət hissi yaşadır. Dominos pizza

Əslən Qəbələnin Vəndam kəndindən olan general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, hərbi akademiyanı isə Türkiyədə oxuyub. 

2003-cü ildə "Hərbi xidmətlərə görə " medalı ilə təltif edilib. 2009-cu ildə isə "Vətən uğrunda" medalına layiq görülüb. 2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2016-cı ildə "Aprel döyüşləri" zamanı göstərdiyi qəhrəmanlığa görə,  II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. 

2019-cu ilin 24 iyununda Polad Həşimova general-mayor rütbəsi verilib. İki oğlu və bir qızı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!