Vens: İran xoş niyyətlə danışıq aparsa, müsbət cavab verəcəyik

saytların hazırlanması

Evə çatdırılma

Vens: İran xoş niyyətlə danışıq aparsa, müsbət cavab verəcəyik

Dünya

10 Aprel 2026 17:09 285


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Pakistanda İranla danışıqların müsbət keçəcəyinə inanır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, İslamabada yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

“Biz danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, müsbət keçəcək”, - Vens bildirib. Marqarita pizza

O qeyd edib ki, İran “xoş niyyət”lə danışıqlar aparsa, ABŞ buna mütləq müsbət cavab verəcək.

“Amma bizimlə oyun oynamağa çalışsalar, qarşılarında çox da güzəştə getməyə hazır olmayan bir komandanı görəcəklər. Prezident bizə çox aydın göstərişlər verib, görək necə olacaq”, - vitse-prezident qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!