Vens, Uitkoff və Kuşner İranla danışıqlar aparmaq üçün İslamabada yollanacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Vens, Uitkoff və Kuşner İranla danışıqlar aparmaq üçün İslamabada yollanacaqlar

Siyasət

08 Aprel 2026 23:18 410


ABŞ-nin vitse-prezident Cey. Di. Vens, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin başçılıq etdiyi danışıqçılar komandası aprelin 11-də İranla danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada yola düşəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Mən elan edə bilərəm ki, prezident həftəsonu danışıqlar aparmaq üçün Vens, Uitkoff və Kuşnerin rəhbərlik etdiyi nümayəndə heyətini İslamabada göndərir. Danışıqların ilk raundu şənbə günü yerli vaxtla səhər saatlarına planlaşdırılıb və biz bu görüşləri gözləyirik", - deyə o bəyan edib./Oxu.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!