“Verilişdən sonra Pənah Hüseyn Tofiq Abbasovu şapalaqlayıb”   - Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

“Verilişdən sonra Pənah Hüseyn Tofiq Abbasovu şapalaqlayıb” - Şok iddia

Siyasət

23 Fevral 2022 14:56 4646


Rauf Arifoğlunun moderatorluq etdiyi “Dərin təhlil” verilişində ötən gün baş verən insident böyük rezonans doğurdu. Politoloq Tofiq Abbasovun opponenti, keçmiş baş nazir Pənah Hüseynə fiziki təzyiq göstərməsi səs-küysüz ötüşmədi. İctimai-siyasi xadimlər, jurnalistlər T.Abbasovu özündən bir neçə yaş böyük olan opponentinə əl qaldırdığına görə qınadılar.

Yenisabah.az xəbər verir ki, tərəflər arasında qarşıdurma bununla yekunlaşmayıb. Tofiq Abbasovla Pənah Hüseyn verilişdən sonra yenidən əlbəyaxa olublar.

Bu barədə bu gün Müsavat TV-nin qonağı olan tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib. Dominos pizza

Əvəz Zeynallı deyib ki, verilişdən sonra Pənah Hüseynlə görüşərək bu məsələni müzakirə ediblər:

“Pənah bəyin başına gələnlərə görə çox üzüldüm. Eşitdiyimə görə, verilişdən sonra onlar yenidən dalaşıblar və Pənah Hüseyn Tofiq Abbasovu yaxşıca şapalaqlayıb”.

Nəzrin VAHİD

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!