Vətən müharibəsi iştirakçısı 50 yaşlı kişini   döyə-döyə öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi iştirakçısı 50 yaşlı kişini döyə-döyə öldürdü

Kriminal

03 Oktyabr 2024 12:02 999


Tərtərdə 50 yaşlı kişi qətlə yetirilib. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.  pizza

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb. 

Qeyd edək ki, İ.Qayıbov Vətən müharibəsi iştirakçısıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!