Vətən Müharibəsini anbaan göstərən film -   Video

saytların hazırlanması

Evə çatdırılma

Vətən Müharibəsini anbaan göstərən film - Video

Sosial

10 Dekabr 2020 18:00 1610


Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı.

Yenisabah.az xəbər verir ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi.

Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. pizza hut

Azərbaycanın Müdafiə Nazliriyi düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsi anlarını gündəlik olaraq ictimaiyyətə təqdim etdi.

“Report” İnformasiya Agentliyi 44 gün ərzində yayımlanan görüntülərdən ibarət film hazırlayıb.

“Vətən Müharibəsi – anbaan” filminin təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!