Vətən müharibəsinin iştirakçılarına 160 min medal təqdim olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsinin iştirakçılarına 160 min medal təqdim olunacaq

Maraqlı

06 İyul 2021 16:56 938


Bu günədək Azərbaycan Ordusu üzrə 160.000 medaldan yalnız 13.300 medal aidiyyəti üzrə təqdim olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 6-da Müdafiə Nazirliyinə gəlmiş şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüşdə bildirilib.

Görüşdə müvafiq sərəncamlarla təltif olunların medalların təqdim olunmaması məsələsi sorğu edilib. Pepperoni pizza

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onların hər biri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir neçə medalla təltif olunub.

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb. Bu günədək Azərbaycan Ordusu üzrə 160.000 medaldan yalnız 13.300 medal aidiyyəti üzrə təqdim olunub.

Qeyd edilib ki, təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!