Bakı şəhərinin Binəqədi rayonunda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın baş verib.
“Yeni Sabah” xəbər verir ki, ümumi sahəsi 800 m² olan birmərtəbəli təlim məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü 40 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız