Vətəndaş Fikrət Məmmədova müraciət etdi - Məhkəmə qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaş Fikrət Məmmədova müraciət etdi - Məhkəmə qalmaqalı

Xalqın səsi

25 İyul 2020 09:50 1985


Quba rayon sakini Murad Əliyevin övladı ilə ünsiyyətlə bağlı üzləşdiyi problem və məhkəmələrdə onun qaldırdığı iddialara hakimlərin qərəzli yanaşması barədə məlumat vermişdik. 

Yenisabah.az xatırladır ki, iyunun 18-də Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində hakim Telman Məmmədovun sədrliyi ilə keçən prosesdə Murad Əliyev Şəmsəddin Abasovun  hakim tərkibində yer almasına etiraz edib. Buna səbəb kimi 11 sentyabr 2019-cu il tarixdə Quba rayon Məhkəməsinin qərardadından cavabdeh Rəqsanə Kazımovanın apelyasiya şikayəti verməsi və Şəmsəddin Abbasovun prosesə sədrlik edərək qərəzli formada Murad Əliyevi dinləmədən, təqdim etdiyi sübutlara baxmadan beş dəqiqəlik prosesdə birinci instansiyanın qərardanını ləğv etməsi olub. 

18 iyun 2020-ci il tarixdə Murad Əliyev yazdığı rəsmi etiraz ərizəsini hakim Telman Məmmədova təqdim etdikdən sonra o, növbəti məhkəmə prosesini 23 iyul 2020-ci il tarixə təyin edib.      pizza hut

Bundan sonra Murad Əliyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ədliyyə Nazirliyi, DİN, Baş Prokurorluq, Ombudsman və digər qurumlara rəsmi şikayət ünvanlayıb. 

İyulun 23-də baş tutan növbəti prosesdə sədr Telman Məmmədov prosesə başlayarkən, heç bir arqument gətirmədən etirazın təmin olunmadığını bildirib.

Buna cavab olaraq Murad Əliyev bütün tərkibə etiraz edərək növbəti etiraz ərizəsini təqdim edib. Bundan sonra məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Murad Əliyev bildirir ki, o etirazının təmin olunmayacağını əvvəlcədən bilib. Hətta bu barədə 3 gün əvvəl Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədova rəsmi məktubla müraciət edib. Şikayətçinin sözlərinə görə, onun bu qənaətə gəlməsinə səbəb əldə etdiyi məlumatlardır. Lakin o, hələlik bu məlumatların ictimailəşdirilməsinə lüzum görmür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!