Vətəndaşlara Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlara Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir - İDDİA

Sosial

02 Fevral 2025 22:21 534


Bəzi şəxslərə Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, həmin ölkədə olmayan müxtəlif şirkətlərin adından iş elanları paylaşılır. Daha sonra həmin müəssisəyə işə düzəltmə üçün müraciət edənlərdən müəyyən məbləğdə pul istənilir.

Norveçdə yaşayan azərbaycanlı Xaqan Əzizov bildirib ki, bu mövzuda onlarla insan ona yazıb. Məlumatlandıqdan sonra isə dərhal dələduzlara pulu ödəmək fikrindən daşınıblar. Sezar pizza

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) "Xəzər Xəbər"ə bildirilib ki, bu kimi hallarla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, bu kimi dələduzluq halları ilə qarşılaşan vətəndaşlar "102" xidmətinə və yaxud nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!