Vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Sosial

05 Sentyabr 2022 10:05 1841


01 Sentyabr 2022 il tarixindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların təşkili vasitəsi ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi” layihəsinin icrasına start verilib. 

Layihənin məqsəd və vəzifələri əsasən aşağıdakılardır:

• Keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsi və sosial cəhətdən zəif müdafiə olunmuş digər insanların qanuni hüquq və maraqlarının daha səmərəli müdafiəsini təşkil edilməsi pizza mizza

• Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müraciətlərin artması ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi

• Pozulmuş hüquqların bərpa edilməsi üçün vətəndaşların hərəkətinin təşviq edilməsi

Layihə çərçivəsində hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər veriləcək. Onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib ediləcək. Məhkəmə orqanlarına müraciətin  zəruri olduğu hallarda iddia ərizələri  tərtib ediləcəkdir. Qəbul günlərindən başqa günlərdə  də ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstəriləcəkdir.  

Yazılı, şifahi müraciətlər, telefon, veb-sayt, sosial şəbəkələr vasitəsi ilə cavablandırılacaq. 

Layihənin icrası çərçivəsində “UNİON” vəkil bürosu və ekspert-hüquqşünas ilə bağlanmış müqavilə əsasında üç ay müddətində (01.09.2022 01.12.2022 il) Bakı, Şirvan, Masallı, Mingəçevir şəhərlərində vətəndaşların qəbul günləri və hüquqi yardım aksiyaları təşkil ediləcək. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!