Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

Sosial

14 Mart 2026 19:20 708


"İnzibati cərimələrin qaytarılması Qaydası" təsdiqlənib.

"Yeni Sabah" bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, artıq ödənilmiş inzibati cərimə dövlət büdcəsindən və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tam şəkildə geri qaytarılacaq. Hüquqşünas Emil Aslanov bildirib ki, vətəndaşlar 20 gün ərzində yazılı və ya elektron qaydada müraciət etməklə cərimənin hansı büdcəyə ödənilməsindən asılı olaraq həmin vəsaitin geri qaytarılmasına nail ola bilərlər. Onun sözlərinə görə, artıq ödənilmiş məbləğin geri qaytarılması üçün 5 illik müddət nəzərdə tutulub:

"Bu müddət ərzində vətəndaşlar ödədikləri vəsaitin geri qaytarılması üçün müraciət edə bilərlər". Dominos pizza

Qeyd edək ki, artıq ödəmənin qaytarılması üçün müraciət Qaydasının 4.4-cü bəndinə əsasən, araşdırma zamanı artıq ödəmənin qaytarılmalı olduğu halların mövcud olmadığı müəyyən edilərsə, bu barədə ərizə təqdim edən orqan tərəfindən müvafiq qərar qəbul edilməli və müraciət edən şəxsə 5 gün müddətində əsaslandırılmış yazılı məlumat təqdim olunmalıdır. Ərizənin təqdim edildiyi orqan tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!