İyulun 12-dən Tovuz rayonu istiqamətində Ermənistanın təxribata əl atması nəticəsində başlayan döyüşlər fasilələrlə davam edir. Son günlər azərbaycanlı məşhurlar da məsələyə səssiz qalmır, onlar vətənin bu günündə insanları birlik olmağa səsləyir.
Yenisabah.az-a danışan Əməkdar artist Zöhrə Abdullayeva da hər şəhid xəbərindən məyus olduğunu, müharibənin bitməsini arzuladığını deyib:
"Mən gecə-gündüz şəhidlərimiz üçün ağlayıram. Mən necə ola bilərəm? Vətənə basqın edirlər, vətəndaş necə ola bilər? Onları torpaqarımızdan rədd etməliyik. Mən bu mövzuda çox danışa bilmirəm, xəstəyəm, artritəm. Artrit oynaqların ağrısıdır, ağlayanda, həyəcan keçirəndə lap pis oluram. Şəhidləri hər görəndə, hər şəhid xəbəri alanda ağlayıram, oğul itirən ana necə ola bilər? Mən istəyirəm ki, tezliklə müharibə bitsin balalarımız ölür, dözə bilmirəm". Sezar pizza
Qeyd edək ki, sənətçinin oğlu İsrafil Abdullayev 2018-ci ildə beyin xərçəngindən dünyasını dəyişib.
Telegram kanalımız