Vətənə xəyanətdə ittiham olunan İqbal Əbilovun şikayəti təmin edilmədi

saytların hazırlanması

Evə çatdırılma

Vətənə xəyanətdə ittiham olunan İqbal Əbilovun şikayəti təmin edilmədi

Kriminal

31 Avqust 2024 16:03 839


Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı İqbal Əbilovun həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən şikayətə baxılıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində baxılan şikayət təmin olunmayıb.

Qeyd edək ki, xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. pizza sifarişi

Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!