Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadan ayılıb.
Bu barədə “Yeni Sabah”a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O bildirib ki, atası süni nəfəs aparatından ayrılıb: Marqarita pizza
“Hazırda özü nəfəs alır. Hələlik müalicəsi Reanimasiya şöbəsində davam edir. Artıq su da içə bilir. Hərəkət qabiliyyətinin bərpa olunması üçün də fizioterapiya məşqləri edilir. Belə getsə, yaxın günlərdə palataya köçürüləcək”.
Qeyd edək ki, Vaqif Vəliyev bir neçə gün əvvəl ağır vəziyyətdə “Məlhəm” hospitala yerləşdirilib.
Aydan Hacı
Telegram kanalımız