Azərbaycanda vəzifəli şəxs qəfil vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, Qazax rayon Kosalar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bəxtiyar Əmirov 63 yaşında dünyasını dəyişib.
Onun ölümünə qəfil ürək tutması səbəb olub. Dördpendirli pizza
Qeyd edək ki, B.Əmirov əvvəllər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10 saylı Yol İstismar İdarəsinin yaşıllaşdırma üzrə sahə rəisi, Kosalar kənd bələdiyyəsinin sədri işləyib. Son 5 ildə Kosalar kənd icra nümayəndəsi vəzifəsini tuturdu.
Xatırladaq ki, 2022-ci il oktyabrında B.Əmirovun adı qalmaqallı məsələdə hallanıb. Mətbuatın həmin dövrdə yazdığına görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sentyabrın ilk həftəsində, rayon nümayəndələrinin iştirakı ilə qəbul keçirib. Qəbulda bələdiyyələr, icra nümayəndələri, ayrı-ayrı müəssisə və təşkilat rəhbərləri, həmçinin regional qaz, işıq idarələrinin, səhiyyə, suvarma-sistemlərinin, su-kanalizasiya idarələrinin rəhbərləri iştirak edib.
R.Babaşov Kosalar kənd icra nümayəndəsi B.Əmirovun ünvanına nalayiq ifadələr işlədib.
R.Babaşovun icra nümayəndəsini təhqir etmə səbəbi kimi Kosalar kəndində yetkinlik yaşına çatmayan qız uşağının ailə həyatı qurması olub. Bundan sonra o, kənd icra nümayəndəsinin təhqir etməyə davam edib, nalayiq ifadələrdən istifadə edərək söyüb.

Telegram kanalımız