Vəzifəli şəxslərlə bağlı parlamentə şikayət edilib

Vəzifəli şəxslərlə bağlı parlamentə şikayət edilib

Siyasət Veb saytların hazırlanması

31 Yanvar 2019 20:53 794


Yanvarın 31-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib.

Komitə sədri Eldar İbrahimov müzakirə olunan məsələlər barədə məlumat verib. E.İbrahimov deyib ki, komitə 2018-ci ilin payız sessiyasında 11 iclas keçirib, bu iclaslarda 27 məsələ, o cümlədən, 15 qanun layihəsi müzakirə olunub.

Onun sözlərinə görə, ötən dövrdə komitəyə 29 vətəndaş tərəfindən ərizə, şikayət və müraciət daxil olub.

Onlardan 17-si isə tədbir görülməsi üçün aidiyyəti üzrə müvafiq təşkilatlara göndərilib: “Həmin ərizələrin yeddisi kənd təsərrüfatı məsələləri və torpaq islahatı haqqında, digərləri isə sosial, işsizlik, səhiyyə, məhkəmə və vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlərlə bağlı olub”.

Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!