“Vəziyyət hər an dəyişə və yenidən sərt karantin rejiminə qayıda bilərik”

saytların hazırlanması

Evə çatdırılma

“Vəziyyət hər an dəyişə və yenidən sərt karantin rejiminə qayıda bilərik”

Siyasət

28 İyul 2022 15:25 2353


Son günlər Azərbaycanla yanaşı dünya ölkələrinin demək olar ki, hər birində koronavirusa yoluxanların sayında artım olduğunu müşahidə edirik. Sərt karantindən bezmiş əhali yenidən qapanmaların olacağı haqda xəbərləri narahatlıqla izləməkdədir. 

Yenisabah.az-a açıqlamasında  Milli Məclisinin deputatı Kamilə Əliyeva yalnız Azərbaycanda deyil, bütün dünyada koronavirusa yolxuanların sayında artım müşahidə olunduğunu bildirib: 

“Azərbaycanda yoluxmanın artmasına baxmayaraq, vəziyyət stabildir. Biz artıq “koronavirus bitdi” deyib tam rahat ola bilmərik. Yeni ştammlar yarana və xəstəlik mutasiyaya uğrayıb yenidən hər bir kəsə yoluxa bilər. Sezar pizza

Qarşıdan payız fəsli gəlir və havaların soyuması ilə respirator xəstəliklər baş qaldırır. Bütün bu hadisələrdən belə bir nəticə çıxara bilərik ki, vəziyyət hər an dəyişə və yenidən sərt karantin rejiminə qayıda bilərik.

Artıq məcburi olmasa da ÜST-dən maskaların taxılması ilə bağlı tövsiyələrin olduğunu müşahidə edə bilərik.

Bizlər Operativ Qərargahın və ya Ümumi Səhiyyə Təşkilatının bizə hansısa tövsiyə verməyini gözləmədən şəxsi gigiyenaya fikir verməli, özümüzü hər zaman nəinki koronavirusdan hətta digər xəstəliklərdən də qoruma altında saxlamalıyıq. 

Çünki koronavirusdan əlavə bütün dünyanı narahat edən meymunçiçəyi virusu da artıq sərhədlərimizə qədər gəlib çatıb. Əsasən xroniki xəstəliyi olan şəxslər bu tövsiyələrə əməl edib özünü qorumalıdır”.

Deputat bildirib ki, əgər yoluxma sayında kəskin artım yaşanarsa Azərbaycan Respublikası bu təhlükəli vəziyyət üçün tam hazırdır: “Çoxlu sayda çarpayısı olan modul xəstəxanalar hər bir xəstənin sağaldılıb evinə göndərilməsi üçün gecə-gündüz çalışır. Elə günlər olub ki, günə təxminən 4-5 min arası yoluxma faktı qeydə alınıb. Lakin Azərbaycan belə hallar üçün bütün təchizatlarla təmin olunduğuna görə tam problemsiz bu cür günləri geridə qoya bildi”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!