“Vəziyyət kritik hal alır, Rusiya ilə danışıqları intensivləşdirmək lazımdır” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Vəziyyət kritik hal alır, Rusiya ilə danışıqları intensivləşdirmək lazımdır” - Deputat

Siyasət

24 Fevral 2023 20:04 1839


Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bir neçə gün bundan əvvəl atəşkəsin 15 dəfə pozulduğunu xatırladıb: pizza sifarişi

"O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib. Ona görə də Laçın yolunda nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqları daha da intensivləşdirmək lazımdır. Bizim Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəmiz olmalıdır. Bununla həmin yoldan Qarabağ ərazisinə silah-sursatın çatdırılmasının qarşısını ala bilərik. Çünki bu gün də ərazidə qeyri-qanuni erməni silahlı birləşmələri var. Vəziyyətin getdikcə kritik hala gələcəyi gözləniləndir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!