Vəziyyət sürətlə dəyişir - ÜST-dən yeni dalğa XƏBƏRDARLIĞI

saytların hazırlanması

Evə çatdırılma

Vəziyyət sürətlə dəyişir - ÜST-dən yeni dalğa XƏBƏRDARLIĞI

Sağlamlıq

01 İyul 2021 16:30 1694


Avropada koronavirusa yoluxmada müşahidə olunan dinamika yenidən artmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı Avropa direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.

"Ötən həftə daha çox ünsiyyət, gediş-gəliş, toplantılar, sosial məhdudiyyətlərinin zəifləməsi üzündən yoluxanların sayında 10 faiz artım olub. Həmçinin vəziyyət sürətlə dəyişir, göstərilən böyük səylərə baxmayaraq milyonlarla insanın hələ də peyvənd olunmadığı regionda narahatlıq doğuran “Delta” variantı yayılmağa başlayıb”, -ÜST rəsmisi bildirib. Marqarita pizza

H.Kluge qitədə pandemiyaya qarşı davamlı və sistemli mübarizə aparılmayacağı təqdirdə yeni dalğanın başlayacağını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!