“Vəziyyətin gərginləşməsi xəbəri həqiqəti əks etdirmir“ - Müdafiə Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

“Vəziyyətin gərginləşməsi xəbəri həqiqəti əks etdirmir“ - Müdafiə Nazirliyi

Siyasət

24 Mart 2022 19:38 551


Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə Nazirliyi açıqlayıb.

Nazirliyin məlumatına görə, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib. Toyuqlu pizza

"Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!