VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başladı

saytların hazırlanması

Evə çatdırılma

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başladı

İdman

07 Noyabr 2025 22:19 437


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.

"Report"un turnirə ezam olunan əməkdaşının məlumatına görə, tədbir "Al Janadryah"da təşkil olunub.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar. Toyuqlu pizza

Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!