“Videomun altında yazırlar ki, “transa oxşayırsan””

saytların hazırlanması

Evə çatdırılma

“Videomun altında yazırlar ki, “transa oxşayırsan””

Şou

26 Yanvar 2019 15:09 1143


“Pis çıxmasın, bədənimin ən hörmətli yerini sığorta etdirəcəm. O hansı yeridir, adın çəkməyəcəm. Artıq bilən bildi ki, o, hansı hissədi. Hansı ki, bu günə qədər heç bir məşhur həmin yerini sığorta etdirməyib”.

Bunu oriental rəqqasə Səidə müsahibəsində deyib. O heç zaman tənqidlərdən narahat olmadığını bildirib: “Çünki indi hamı üçün elə sözlər yazırlar. O videoların altında pis sözlər yazanlar, ilk növbədə, özlərinə yaxşı-yaxşı baxsınlar. Onlar pis söz yaza-yaza biz qabağa gedirik. Nə olacaq ki?”.

Ailəsindən ayrıldığını bildirən Səidə boşanandan sonra rəqqasə olduğunu qeyd edib: “Uşaq vaxtı milli rəqslər oynamışam. Bilirdim ki, yoldaşım rəqqasə olmağıma razı olmayacaq. O rəqqasəliyə elə də yaxşı baxmırdı. Elə ona görə də mən öz, o da öz yolunu seçdi. pizza sifarişi

Bir də məni bilirsiz nə narahat edir? Bəzən mənim videomun altında yazırlar ki, "transa oxşayırsan". Artıq bu sözə adi baxıram. Əvvəl qıcıq olurdum, amma indi yox. Gözəl xanımı ya transa, ya da başqa kiməsə oxşadacaqlar. Belə baxıram ki, bu gün, onsuz da, bəzi kişilərin sözü keçmir. Onların yerinə kişiciklərin sözü keçir. Amma mən istəyərdim ki, cinsiyyətimi dəyişim. O sözü keçməyənlərin yerinə mənim sözüm keçsə, yaxşıdır. İstəyərdim ki, kişi olum. İmkanım olsa, bu gün etdirərəm. Pis baxan da özü bilər. Burda nə var ki? Onsuz da, o sözü deyirlər. Tənqidlərdən qorxmuram. Kukla kimi qızın fotosunu da İnstaqram-da paylaşanda, pis nəsə yazırlar”.

Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!