Ukrayna kəşfiyyatının həbs etdiyi eks-deputat Viktor Medvedçukun əmlakına həbs qoyulub.
Yenisabah.az UNİAN-a istinadla xəbər verir ki, ümumən 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta müsadirə olunub.
Qərarı Dövlət İstintaq Bürosu və Baş Prokurorluğun sorğusu əsasında, Lvovun Lıçakov Rayon Məhkəməsi çıxarıb. Viktor Medvedçukun və arvadı Oksana Marçenkonun daha 154 daşınar və daşınmaz əmlakına, həmçinin onlara məxsus olan 25 şirkətin nizamnamə kapitalındakı paylarına da həbs qoyulub. Toyuqlu pizza
Xatırladaq ki, Oksana Marçenko Türkiyə prezidenti Ərdoğa müraciət edərək ərinin azad edilməsində yardım istəyib.
Telegram kanalımız