Daxili İşlər Nazirliyində kadr təyinatı olub.
Yenisabah.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr təyinatı üzrə əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub. Dördpendirli pizza
İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.
Telegram kanalımız