Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək

Siyasət

28 Fevral 2022 18:14 730


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir tərəfindən cari il mart ayının 30-da Lənkəran Şəhər, Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub. pizza hut

"Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər", - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!