Qusar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Ziya Fəxrəddin oğlu Əliyev vəzifəsindən azad edilib.
Yenisabah.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə o, Nizami Rayon Polis İdarəsinə rəis vəzifəsinə təyin edilib. Dominos pizza
Hazırda Qusar RPŞ-də rəis vəzifəsini müvəqqəti olaraq, polis polkovnik-leytenantı Hidayət Babayev icra edir. (oxu.az)
Telegram kanalımız