Vilayət Eyvazov Şirvanda qəbul keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov Şirvanda qəbul keçirəcək

Siyasət

02 İyun 2022 00:15 1055


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 21-də Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 20.06.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. pizza hut

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!