Vilayət Eyvazovdan yeni   TƏYİNATLAR

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Siyasət

21 Fevral 2023 18:50 1267


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iki rayona yeni polis rəisi təyin edib.

Yenisabah.az xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov işdən çıxarılıb. Nazirin digər əmri ilə o, Xətai Rayon Polis İdarəsinə rəis təyin edilib.

Digər təyinat isə uzun müddətdir boş qalan Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə olub. Nazirin əmri ilə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov vəzifəsindən azad edilib. O, Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub./Qafqazinfo pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!