Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.
Yenisabah.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən polis baş leytenantı Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib. pizza mizza
Qeyd edək ki, E.Ramazanov bundan əvvəl elə Zaqatala Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib./APA
Telegram kanalımız