Vilayət Eyvazovun ilk açılışı –   Foto

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazovun ilk açılışı – Foto

Rəsmi

08 İyul 2019 16:20 4252


Xaçmaz şəhərində Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. 

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Məlumat verilib ki, tikintisinə ötən ilin oktyabrında başlanılmış 4 mərtəbəli inzibati bina ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikaslyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub. Toyuqlu pizza

Binada vetilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-komunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb, şöbənin həyətində polis əməkdaşları üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Vilayət Eyvazov və tədbirdə iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev növbətçi hissəyə, xidməti otaqlara və digər yardımçı sahələrə baxıblar.

DİN rəhbəri görülən işləri yüksək qiymətləndirib, Xaçmaz polisinin fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarkıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunmuşdur, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır.

Daxili İşlər naziri əmin olduğunu bildirib ki, Xaçmaz RPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!