Bu gün Operativ Qərargahın brifinqində “E-TEBİB” mobil tətbiqi təqdim olunub.
Yenisabah.az bildirir ki, blutuz bağlantısı ilə işləyən mobil tətbiq koronavirusa yoluxmuş şəxslərdən uzaq durmağa kömək edəcək.
Belə ki, istifadəçinin statusu göy rəng olarsa, demək həmin şəxs virusa yoluxmayıb və virusa yoluxanla ünsiyyətdə olmayıb. Sarı rəng həmin şəxsin virusa yoluxan adamla ünsiyyətdə olduğunu göstərir. Qırmızı rəng həmin şəxsin virusa yoluxduğunu, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirəcək. Sezar pizza
Telegram kanalımız