“Virusla mübarizədə həmrəy olmasaq, istədiyimizə nail ola bilmərik” -  Həkim

saytların hazırlanması

Evə çatdırılma

“Virusla mübarizədə həmrəy olmasaq, istədiyimizə nail ola bilmərik” - Həkim

Sağlamlıq

24 Noyabr 2020 16:37 1020


“Əvvəl insanların böyük bir qrupu koronavirusa inanmırdı, qəbul etmək istəmirdi. Hazırda da az da olsa, belə insanlar var, amma əvvəlkindən fərqli olaraq onların əksəriyyəti artıq virusu qəbul edir. Yaxın çevrələrində, ətrafındakı insanlarda bu xəstəliyə yoluxanları görürlər deyə, artıq inanırlar”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov deyib.

O bildirib ki, bununla belə, sosial məsuliyyət, insanların davranışı hazırda da ideal deyil: “Çünki bu infeksiya ilə mübarizədə hamının həmrəy olub mübarizə aparması lazımdır. Çox təəssüf ki, hələ də elə insanlar var, maskadan düzgün istifadə etmir. Sadəcə, cərimələnməmək üçün, ancaq ağız boşluğuna, çənəsinin altına maska taxanlar var. Bu virusla mübarizədə hamı həmrəy olmasa, istədiyimizə nail ola bilmərik. Əvvəl də payız dövründə yoluxma sayının artacağını gözləyirdik, çünki payızda havaların soyuması ilə bağlı tənəffüs, virus infeksiyalarına yoluxanların sayı artır. Həmçinin hava soyuduğu üçün insanlar daha çox qapalı məkanlarda, infeksiyanın yayılması üçün daha əlverişli mühitlərdə olurlar. Bu da digər tərəfdən virusun yayılmasına şərait yaradır”. pizza hut

R. Bayramov bildirib ki, heç bir xəstəlik üçün mütləq patoqnomatik əlamət olmadığından həmin əlamətə görə bunun hansı xəstəlik olduğunu demək çətindir:

“Koronavirus infeksiyasında da eynilə belədir. Sadəcə, bu müddət ərzində rastlaşdığımız və ən çox müşahidə etdiyimiz əlamət temperaturun yüksəlməsidir. Bəzi hallarda olur ki, xəstədə hətta bir gün 37.2, 37.3 temperatur olur, sonra düşür. Bu xəstələrdə bir müddət sonra halsızlıq, çox tərləmə, yanaşı olaraq iybilmə hissinin itməsi baş verir. Müayinə olunanda ağciyərlərdə dəyişiklik, “buzlu şüşə” görüntüsü meydana çıxır. Qeyd edim ki, koronavirus zamanı bu, stiqma yaradan bir simptom olsa da, həmişə olub. Biz illərlə ağciyərlərdə  “buzlu şüşə” görüntüsünü istər ürək çatışmazlığında durğunluqla yanaşı, istərsə vərəm mənşəli və ya qeyri-spesifik pnevmoniyalar zamanı görmüşük. COVID-19-da olan “buzlu şüşə” bir az fərqlidir, xarakterik görüntüsü var. Yəni artıq Kompüter Tomoqrafiya görüntüsünə baxan kimi düşünürük ki, böyük ehtimal bu, koronavirusdur. Bu da qabırğaaltı sahədən, yəni ağciyərin periferiyasından ağciyər kökünə doğru yönəlmiş kölgəlik formasında müşahidə olunan dəyişiklikdir”.

Həkim vurğulayıb ki, hazırda xəstəliyin gedişatı yüngül deyil: “Ağırlıq dərəcəsindən, gedişindən danışsaq, deyə bilərəm ki, indi xəstəlik o qədər də yüngül keçmir. İnfeksiyaların əksəriyyətində mutasiya gedir, sonra nisbətən zəifləyir. Hazırda bu, koronavirus infeksiyasında müşahidə olunmur. Çünki heç də yüngülləşməyib, xəstələr xəstəliyi yüngül keçirmir. Xəstələrin müraciət etməsi, gecikmiş formada aşkar olunmalar və s. yayda da var idi, indi də var. Deyərdim ki, bu kimi hallar indi daha çoxdur. Çünki insanlarımız sağlamlıqlarına qarşı bir az laqeyddir. İkinci tərəfdən də bir qorxu, fobiya var. Hətta bəzən xəstə özü müraciət edəndə deyir ki, həkim məndə koronavirus çıxsa, məni harasa aparmayacaqlar ki? Yəni belə bir qorxu tendensiyası var. Mən də onlara başa salıram ki, klinik vəziyyətiniz stasionar müalicəni tələb etsə, harasa aparılası olsanız da, sizi müalicəyə, sağaltmağa aparırlar”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!