Son vaxtlar qrip virusunun geniş yayılması bir çoxlarında narahatlıqlar yaradır. İnsanlar müalicə alsalar belə xəstəliyin uzun çəkdiyini bildirirlər. Bəs hazırki xəstəliklərdən qorunmaq üçün hansı profilaktik tədbirlər görülə bilər?
Fitoterapevt, terapevt Elnur Eldaroğlu “Yeni Sabah” a açıqlamasında bildirib ki, indiki dövrdə yayılan virusların əksəriyyətinin adını qrip qoysaq da, amma bəziləri qripəbənzər paraqrip və müxtəlif simptomlarla xarakterizə olunan kəskin respirator virus infeksiyalarıdır:
“Virus infeksiyalarına tutulmamaq üçün ən yaxşısı profilaktik tədbirlər görməkdir. Profilaktik tədbirlərdə biz təbii yollarla müalicələrə üstünlük veririk. Gündəlik istifadə edəriksə, təbii interferon qabiliyyətimiz güclü olar, bu, viruslar əleyhinə ən yaxşı müdafiə komponentlərimiz, sistemimizdir. Təbii üsullardan greyfurt meyvəsinin şirələrindən 1 yaşdan yuxarı istifadə etmək olar. Amma sitrus meyvələrinə qarşı allergiyası olanlara, həmçinin aktiv mədə xorası, yanma, yara olan adamlara əks göstərişdir. Digərləri isə ayın 14 günü istifadə edə bilərlər. Bununla yanaşı soyuq sıxılma, normal yolla əldə olunan çörəkotu yağından istifadə etsinlər. Bundan başqa məcunlar məsləhət görərdim. Məsələn, arı südü, çiçək tozu, bal, perqa və propolis qarışığıdan gün ərzində yeyə bilərlər. Bunu uşaqdan böyüyə hər kəs istifadə edə bilər. Exinaseya, cökə dəmləməsindən gündə iki dəfə olmaqla, uşaqlar bir çay qayığı, böyüklər isə 1 xörək qaşığı qəbul edə bilərlər. Tək şəkildə propolisin (vərəmum) 20%-li cövhərindən də istifadə etmək olar. Bu da çəkiyə uyğun olaraq 5-40 damcı arasında dəyişə bilər. Suya qarışdırılıb, yeməkdən əvvəl daxilə qəbul olunur”. Toyuqlu pizza
Əsmər Qabil
Telegram kanalımız