Rusiyanın məşhur “VKontakte” sosial şəbəkəsinə kiberhücum olub.
Yenisabah.az “Moskva-24”ə istinadla xəbər verir ki, hazırda sosial şəbəkəyə giriş məhdudlaşdırılıb.
İstifadəçilərin sözlərinə görə, onlar sayta daxil olarkən xidmətin müvəqqəti olaraq əlçatmaz olduğunu bildirən bir mesajla qarşılaşıblar. Dördpendirli pizza
Xatırladaq ki, “VKontakte” sosial şəbəkəsini 10 oktyabr 2006-cı ildə rusiyalı milyarder Pavel Durov yaradıb. Sosial şəbəkə başda Rusiya olmaqla, bir çox MDB ölkələrində “ikinci Facebook” kimi tanınır.
Telegram kanalımız