Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasından danışdı

Siyasət

23 Fevral 2022 01:25 906


“Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır.”

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

Vladimir Putin bildirib ki. Rusiya öz tərəfindən, bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək. Pepperoni pizza

“Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik.

Rusiyalı lider bildirb ki, bugünkü danışıqlar Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları olduğunu aydın şəkildə göstərdi.

“Əminəm ki, bu gün əldə olunan razılaşmalar iki ölkə naminə Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək”,-deyə Vladimir Putin əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!